Könlü təqaüd istəyənin quyruğu əziyyətdə gərək

we_can_do_itSon yazımdan sonra gələn suallardan yola çıxaraq bu gün bu yazını yazmaq qərarı aldım. Nəticə olaraq deyə bilərəm ki, hamınız xaricdə oxumaq istəyirsiniz, hətta mümkün olsa işləmək, ümumiyyətlə geri qayıtmaq istəmirsiniz. Sizə pis bir xəbərim var. Təəssüf ki, çoxunuz özünüzü tanımırsınız. Nəyə qadir olduğunuz, bilik səviyyəniz haqqında heç bir təsəvvürünüz yoxdur. İndi deyəcəksiz ki, əvvəl motivasiya edib sonra da demotivasiya edirsən. Xeyr, sadəcə insan özünü tanımayanda cəhdləri ard-arda uğursuz olur, çünki boyundan yuxarı tullanmağa çalışır və sonda ən dibə batır. Yazını çox sentimentallaşdırmaq istəmirəm ümumən mənə gələn suallardan nələri dəqiqləşdirməli olduğunuzu yazacam. Oxumağa davam et

Təqaüd tapmaq üçün 7 faydalı resurs

mango-scholarship-blog-imageBu gün sizə təqaüd axtarmaq və tapmaq üçün 7 faydalı resurs haqqında danışacam. Siyahıda həm xarici həm də yerli saytlar var. Belə saytları izləmək sizə həm deadline-lar haqqında məlumatlı olmaq həm də ümumiyyətlə, təqaüdlərdə ən çox tələb olunanlar nədir və s. kimi məsələlərdə bilgili olmağınız üçün yardımçı olacaq. Lazım olan şablonları daim hazır tutmaq deadline-a az qalsa belə hər zaman hansısa təqaüdə müraciət etmək üçün işinizi asanlaşdıracaq. Adlara klikləyərək birbaşa saytlara keçid əldə edəcəksiniz. Oxumağa davam et

Avropadan 8 təqaüd

t%c9%99qaud

Bu dəfə sizə Avropa qitəsində yerləşən dövlətlərin təqaüd proqramları haqqında məlumat verəcəm. Əvvəlcədən qeyd edim ki, deadline, tələblər və s. haqqında detallı məlumatı yerləşdirəcəyim linklərə daxil olaraq əldə edə bilərsiniz. Yəni mən sizə ipin ucunu verirəm, onun sonunu tapmaq isə artıq sizlikdir. Oxumağa davam et

EVS nədir və necə müraciət etməli?

maxresdefaultÖlkədən təhsil adı ilə qaçmaq yeganə çıxış yolu deyil. Ürəyiniz mütləq ki, qaçmaq istəyirsə hər zaman bir B planı var. Bizim B planımız könüllülük adı ilə qaçmaqdır. Bu yazımda sizə EVS (European Voluntary Service)-dən və necə müraciət etməli olduğunuzdan danışacam. Əvvəlcədən onu qeyd edim ki, özüm hələki EVS-çi olmamışam amma müraciət etdiyim və ətrafımdakı insanlardan qəbul olanlar olduğu üçün tapmaq və müraciət etmək yollarını bilirəm. Oxumağa davam et

Mənə təqaüd vermə, təqaüd tapmağı öyrət

Təsvir

 

scholarship_banner_layeredErasmudan əvvəl də sonra da mənə “xanım, təqaüd proqramları haqqında məlumat verə bilərsiniz? Ora necə getmisiniz? Şərtləri nədir?” deyə təkrar-təkrar suallar gəlib, gəlir və inanıram ki, hətta bu yazıdan sonra belə gələcək. Bu yazıda çalışacam sizə təqaüd proqramları haqqında məlumat əldə etməyin yollarından danışım. Əlbəttə ki, ən çox məsləhətim magistratura üçün təqaüd axtaranlara olacaq çünki bakalavr üçün heç vaxt axtarmamışam və məlumatım yoxdur. Oxumağa davam et

Poznan

Poznan lgtrm (1 из 1)

Bu gün Poznanda bir ayım tamam olur. Düzü bu bir ay nə sürətli keçdi nə də ağır yəni elə çətin uyğunlaşma prosesi filan yaşamadım əksinə ilk gündən mənə elə gəldi ki, elə bil neçə ildi burda yaşayıram.

Yəqin indi fikirləşirsiz ki, durub Poznanın gəzməli görməli yerlərindən, Polşanın yeyilməli yeməklərindən yazacam. Yox. Belə məlumatları öyrənmək istəyirsizsə google edin kifayət qədər informasiya ala bilərsiniz. Oxumağa davam et

Yeni gələnlər üçün qısa məlumat

bdu

TQDK-nın cavabları çıxdığına görə artıq hamı sentyabrdan başını hansı universitetlə qatacağını bilir. Yəqin ki, bizim fakültəyə (BDU Jurnalistika) düşən uşaqlar da sevinirlər indi. Nəzərə alsaq ki, qəbul qabiliyyət imtahanı ilə olub inanıram ki, bir balaca da olsa həvəs göstəriblər. Onlara gəlməmişdən əvvəl necə bir şəraitlə, necə insanlarla qarşılaşacaqlarına dair kiçik məlumat vermək istəyirəm. Oxumağa davam et