Adı qədər uzaq görünən təhsil

distant-tehsil-600Distant təhsil müəllim və tələbənin fiziki olaraq eyni yerdə olmadığı vəziyyətdə istifadə olunan təhsil texnologiyasıdır. Distant təhsil bir neçə yolla həyata keçirilə bilər. İlk olaraq poçtdan istifadə olunsa da daha sonra texnologiyanın inkişafı ilə əlaqədar olaraq radio-televiziyadan, internetdən, mobil cihazlardan istifadə olunmağa başlandı. Distand təhsildən ilk dəfə 1840-cı ildə  İsaak Pitman istifadə edib. O, Birləşmiş Krallıqda poçt vasitəsilə tələbələrinə stenoqrafiyanı öyrətməyə başlayıb. 1858-ci ildə isə London Universiteti ilk dəfə distant təhsil formasını tətbiq edib. 21ci əsrin aktiv həyatını nəzərə alaraq günümüzdə distant təhsilin nə qədər əhəmiyyətli olduğunu söyləmək yerinə düşərdi. Artıq insanlar hər hansı biliyə yiyələnmək üçün saatlarla bir sinif otağında oturub, qeydlər götürüb, günlərinin 5-6 saatını mühazirə dinləməyə sərf etmək istəmirlər. Distant təhsil müasir texnologiyanın imkanlarından istifadə edərək, istədiyimiz vaxtda, istədiyimiz yerdə bizə dil öyrənmək, ixtisas artırmaq, yeni ixtisasa yiyələnmək imkanı yaradır. Hazırda distant təhsil vasitəsilə bir çox təhsil növlərində oxumaq olar:

  • Ali təhsil almaq
  • Magistratura pilləsində oxumaq
  • İkinci ali təhsil almaq
  • Xarici dil öyrənmək
  • Müxtəlif ixtisaslar üzrə təlim kursları keçmək
  • Orta təhsil almaq

İnternetin inkişafı ilə distant təhsilin də sahəsi genişləndi. Xüsusən sosial şəbəkələr vasitəsilə öyrənmək və öyrətmək asanlaşdı. Sosial şəbəkələr vasitəsilə dil öyrənmək geniş yayılıb. Məsələn, İspan dilini bilən bir şəxs bunu başqalarına öyrətmək məqsədilə Facebook sosial şəbəkəsində bir səhifə aça bilər. Və ya Twitter sosial şəbəkəsində bir hesab açaraq izləyicilərinə ən sadə sözləri öyrədə bilər. Distant formada dil öyrənmək üçün ən geniş yayılmış sosial şəbəkələrdən biri, bəlkə də birincisi YouTube sosial şəbəkəsidir. Şübhəsiz ki, görüntülü şəkildə hansısa biliyi öyrətmək daha cəlbedici və əlverişlidir. Distant təhsilin bir çox müsbət cəhətləri var. Ənənəvi təhsildən fərqli olaraq distant təhsil dəfələrlə ucuz və ya tamamilə pulsuz olur. Müasir texnologiyadan istifadə edərək müəllimlər daha çox insana eyni anda dərs keçə bilir. Distant təhsil işləyən insanlar üçün ideal çıxış yoludur. Onlar işlərini tərk etmək qorxusu olmadan istədikləri var yeni biliklər əldə edə bilirlər. Distant təhsilin müsbət cəhədləri olduğu kimi mənfi cəhədləri də var. Təlim kurslarının kifayət qədər interaktiv olmaması, müəllim və tələbə arasında canlı ünsiyyətin itməsi, sonda verilən diplom və ya sertifikatın tam təhsilin göstəricisi sayılmaması və s. Azərbaycanda distant təhsil 2009-cu ildən tətbiq olunmağa başlayıb. “Təhsil haqqında” yeni qanuna əsasən əyani və qiyabi təhsil formaları ilə yanaşı distant təhsil forması da qəbul olunur. Praktiki olaraq isə distant təhsil 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq edilib. İqtisad Universitetinin “Distant və Qiyabi təhsil” mərkəzinin “Müəllimlərin ixtisas artırma və staj keçmə bölməsi” –nin müdiri Emin Qəribli deyir ki, hal-hazırda iki fakültədə: “Maliyyə” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsində distnt təhsil mövcuddur. Lakin distant təhsil bakalavr və ya magistratura pilləsi üzrə verilmir, yalnız ixtisas artırmada tətbiq olunur. Yəni, əgər siz məsələn Jurnalistika fakültəsini bitirmisiniz ancaq gələcəkdə bank sahəsində çalışmaq istəyirsinizsə distant təhsil sayəsində “Maliyyə” fakültəsində ixtisas artıra bilərsiniz. Bizdə olan distant təhsilə də tam distant təhsil demək olmaz. İxtisas artırma kurslarına ildə iki dəfə qəbul elan olunur. Qəbul olan tələbələrə il ərzində iki dəfə hər biri bir həftə olmaqla icmal dərslər keçirilir. Belə icmal dərslərin keçirilməsi bizə qiyabi təhsil formasını xatırladır. İcmal dərslərdən sonra 2 ay ərzində müəllimlər onlayn formada tələbələrə tapşırıqlar göndərirlər. Emin Qəribli qeyd edir ki, distant formada təhsil üçün İqtisad Univeristetində bütün şərait yaradılıb. Elektron kitabxana ilə yanaşı bəzi mühazirələr video formatda yazılaraq müəyyən bir bazada yerləşdirilib. İxtisas artırmanı uğurla bitirənlərə verilən sənəd tam ali təhsil sayılmasa da bitirdiyiniz sahə üzrə işləməyə tam kifayət edir. Bütün şəraitin yaradılmasına baxmayaraq Emin bəy distant təhsilə marağın az olduğunu deyir. “Bizə verilən texniki vasitələr müəyyən bir müddətdən sonra yenilənməlidir. Artıq vaxtı çatsa da biz onları yeniləməyi düşünmürük. Çünki buna təlabat yoxdur. Normal olaraq təlabat olmayan yerdə rəqabət də yaranmır və distant təhsil inkişaf etmir. Distant təhsil formasını seçmiş tələbələr belə bəzən buna dırnaqarası yanaşırlar. Məsələn, 60 tələbəyə onlayn formada tapşırıqlar göndərilsə də onlardan cəmi 2-3 tələbə cavab verir ya yox.” Distant təhsilə marağın az olmasını onun az yayılması ilə əsaslandırmaq olar. İnsanların çoxu distant təhsilin nə olduğunu belə bilmirlər. Bu yazını hazırlayana qədər mən də Azərbaycanda rəsmi şəkildə distant formada ixtisas artırmanın mümkün olduğundan xəbərsiz idim. Bəs distant təhsili necə tanıtmaq lazımdır? Düşünürəm ki, distant təhsilin tanıdılmasına ilk olaraq ali təhsil mərkəzlərindən başlamaq lazımdır. Bunun üçün sadəcə bir neçə universitetdə seminarların keçirilməsi kifayətdir. Bu sahənin inkişafında ikinci əsas məsələ distant təhsili keçə biləcək kadrların hazırlanmasıdır. Bunun üçün də xüsusi mərkəzlərin yaradılması zəruridir. Bu prosesin ilkin mərhələsi üçün xarici mütəxəssislərin ölkəyə dəvət olunmasını və yerli kadrlara müəyyən təlimlər keçmələrini təmin etmək lazımdır. Sonda hər şey tələbənin iradəsindən və məsuliyyətindən asılıdır. Hər halda təhsil almaq istəyiriksə vasitənin önəmi yoxdur. Əsas olan sonda əldə olunan nəticədir.

Advertisements

Adı qədər uzaq görünən təhsil” üçün 2 cavab

  1. Geri bildiriş: Telim.org – Onlayn Media » “Onlayn Media 2014” Müsabiqəsinə təqdim olunan yazılar

  2. Geri bildiriş: Telim.org – Onlayn Media » “Onlayn Media 2014” Müsabiqəsinin qalibləri, fərqlənənlər və bütün yazılar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma