Erasmusa müraciət

Erasmus_banner

Erasmusla bağlı gələn sualları nəzərə alıb hər mərhələ haqqında ayrı ayrılıqda yazmaq qərarına gəldim. Mən bakalavrdan “exchange” tələbə olaraq getdiyimə görə daha çox ona aid yazacam. Magistratura və ya doktorantura üçün müraciət etmək istəyənlərdə bəzi artıq sənədlər tələb oluna bilər. Bu yazımda müraciət mərhələsindən yazacam. Mənim seçildiyim proqram Erasmus Mundus Euroeast adlanır. Əvvəl Erasmus haqqında kiçik bir məlumat vermək istəyirəm.

Erasmus tələbə və müəllimlərin Avropa Birliyi (AB) ölkələrində, həmçinin İslandiya, Lixtenşteyn, Makedoniya, Norveç və Türkiyədə oxumaq və ya dərs demək (staj keçmək) imkanı yaradan qeyri-kommersiya təşkilatıdır. Proqram filosof  Desiderius Erasmus Rotterdamın şərəfinə adlandırılıb. O, avropanın bir çox ölkələrində oxuyub, yaşayıb və ölümündən sonra bütün var-dövlətini İsveçrədə yerləşən Basel Universitetinə miras qoyub.

Erasmusa qəbul barədə haradan məlumat ala bilərsiniz?

Hər bir universitetdə “Xarici proqramlar şöbəsi” fəaliyyət göstərir. Həmin şöbə ilə tez-tez maraqlanmağınız məsləhətdir. Bəzən heç qəbulun başlanması barədə heç kimə məlumat verilmir. İşçilərin tənbəlliyi deyə bilərik buna 🙂 Qısası öz işinizin arxasınca özünüz düşün. Şöbədə bir stend qoyulur ki, həmin stenddə qəbulu başlayan proqramların elanları vurulur. Adətən bütün qəbullar sentyabr-oktyabr aylarında başlayır. Daha sonra hansı proqrama müraciət etdiyinizə qərar verib universitetiniz üzrə həmin proqramın koordinatoru ilə əlaqə saxlamalısınız. Ümid edirəm sənədlərlə bağlı işlərdə həmin koordinator kömək edəcək 🙂

Müxtəlif xaricdə təhsil, təqaüd proqramları, yay məktəbləri, təlimlər haqqında məlumat verən saytları mütəmadi olaraq izləyin. Yazının sonunda bir neçə keçid verəcəm.

Və əlbəttə ki, Erasmusun öz saytını, youtube kanalını izləməyiniz məsləhətdir.

Hansı sənədlər lazımdır?

  • Xarici pasport

Xarici pasportu əvvəlcədən almalısınız. Yəni müraciət üçün mütləqdir. ASAN xidmət vasitəsilə cəmi 10 gün ərzində 40AZN ödəməklə əldə edə bilərsiniz.

  • Universitetdən orada oxuduğunuz haqqında arayış

Fakültədə tutorunuz, baş müəlliminiz ya da artıq sizə sənəd işlərində yardımçı olan şəxs kimdirsə ona deyirsiniz və o sizə 1 gün ərzində bu arayışı təqdim edir. Arayış mütləq ingilis dilinə tərcümə olunub və notariusda təstiq olunmalıdır. Bunu da ASAN xidmətdə edə bilərsiniz. 5AZN tərcümə və 2AZN təstiq.

  • Akademik transkript

1ci və 2ci kursa aid akademik transkript academictranscript3

Akademik transkript sizin oxuduğunuz müddət ərzində imtahanlardan topladığınız balları, kreditlərin sayını özündə əks etdirən sənəddir. Arayışı kimdən almışdınızsa ondan da xahiş edirsiniz və o sizə bu sənədi verir. Bu sənəd də mütləq ingilis dilinə tərcümə olunmalıdır. Bunu ASAN xidmətdə edə bilərsiniz. Amma əgər sənədlərə artıq pul xərcləmək istəmirsinizsə sadəcə özünüz tərcümə edirsiniz və əgər dekan, dekan müavini və  tutor əlçatandısa onlara yenidən imzalatdırırsınız. Mən belə etmişdim.

  • Növbəti kursun dərs cədvəli

Növbəti - 4cü - kursun dərs cədvəli

Növbəti tədris ilində hansı fənləri keçəcəksinizsə onların adı və kredit sayını özündə əks etdirən sənəd. Bunu da eynən akademik transkript və arayış aldığınız şəxsdən istəyə bilərsiniz. Bu sənəd də ingilis dilinə tərcümə olunmalıdır. Təstiqə ehtiyac yoxdur.

  • İstək məktubu (Motivation letter)

Bu haqda əlavə yazı yazacam.

  • 2 ədəd rəy məktubu (Reference letter)

Bu haqda əlavə yazı yazacam.

  • Dil sertifikatı

Erasmusun əksər proqramları İELTS, TOEFL istəmir. Mən də heç bir dil sertifikatsız qəbul olmuşam. Lakin artıq müraciətin son mərhələsində seçdiyiniz universitetin tələbləri üzərinə kliklədikdə kiçik pəncərədə görünür və bu tələblərin içərisində alman dili sertifikatı və ya yuxarıda adını çəkdiyim dil sertifikatları ola bilər. Bu o deməkdir ki, sizin dil sertifikatınız yoxdursa həmin universiteti seçsəniz də qəbul şansınız 0-a bərabərdir. Nəzərə alın ki, sizə yalnız 2-3 universitet seçmək şansı verilir.

Dil sertifikatı istəməyən universitetlərə qəbul şansınızı artırmaq üçün isə sadəcə sizə universitetdə ingilis dili dərsi deyən müəllimlərin birindən rəy məktubu alırsınız. Mən belə etmişdim və işə yaradı 🙂

Yazının üzərinə klikləyərək yükləyə bilərsiniz.

  • Əlavə sertifikatlarınız, rəy məktublarınız varsa onlar

Nə qədər çox sertifikatınız olsa sizin üçün o qədər yaxşıdır. Öz dilimizdə olan sertifikatları tərcümə, təstiq edib göndərmək lazımdır. Heç bir sertifikatınızı göndərməkdən çəkinməyin hətta bu oxuduğunuz və ya oxuyacağınız ixtisasla bağlı olmasa belə. Məsələn hardasa könüllü çalışmısınız və sertifikatınız varsa mütləq göndərin 🙂

Kimlər müraciət edə bilməz?

Əgər siz 1ci kursda oxuyursunuzsa müraciət edə bilməzsiniz. Çünki akademik transkriptiniz yoxdur. 2 və 3cü kurs tələbələri rahatlıqla exchange üçün müraciət edə bilərlər. 4cü kurs tələbələri isə yalnız magistr üçün müraciət edə bilərlər.

Oxuduğunuz universitet mütləq Erasmusun müraciət etdiyiniz proqramı ilə əməkdaşlıq etməlidir. Bunu proqramın saytından “partnership” bölməsinə daxil olaraq dəqiqləşdirə bilərsiniz.

P.S. Universitetinizin proqramla partnershipliyi olmasa belə, erasmusa apply edə bilərsiniz. 3 Target qrup var : biri birbaşa universitetdın, biri məcburi köçkün, etnik azlığ olanlar, biri də bayaq dediyim (free candidate).

İki ildən az bir müddətdə Erasmusun hər hansı təqaüdündən yararlanmısınızsa yenidən seçilmək şansınız azdır. Amma yenə də sınamağa dəyər 🙂

Son beş il ərzində bir il müddətində xaricdə yaşamısınızsa yenə də şansınız azdır.

Ən çox verilən suallardan biri də kəsri olan tələbələrin müraciət etməsi ilə bağlıdır. Bu barədə dəqiq məlumat heç bir yerdə qeyd olunmayıb. Lakin məntiqlə fikirləşsək müraciət etsəniz belə müsabiqə şəraitində kəsri olmayan tələbələr sizdən daha üstün olacaqlar və təəssüf ki, seçilmək şansınız azdır.

Hər hansı bir sualınız və ya təklifiniz varsa qeyd etdiyim keçidlər vasitəsilə əlaqə yaratmaqdan çəkinməyin. “Lazımsız təhsil” yolunda hamınıza uğurlar! 🙂

Faydalı keçidlər:

1 – www.edu-active.com

2 – eventaz.org

Advertisements

Erasmusa müraciət” üçün 50 cavab

  1. Geri bildiriş: Magistratura pilləsi üzrə ERASMUS-a müraciət | Ulker Eldarqizi

    • Bəıli ancaq magistraturaya müraciət edə bilərsiniz. İstədiyiniz ixtisası seçə bilərsiniz lakin nəzərə alın ki, müsabiqə şəraitində bakalavrdakı ixtisaslarını seçənlər daha üstün sayılacaqlar. Erasmus bakalavr ixtisasının davamına önəm verir.

  2. Avropada Erasmusa qoshulmaq uchun mueyyen kredit limiti qoyulur. O limiti doldurduqdan sonra Erasmusda ishtirak etmek olar. Buna kesri olanlar da daxildir. Kesri olub Erasmusda ishtirak eden bir chox tanishim da var.

  3. Salam. Menim bakalavr orta balim asagidi ( 68 ) menim secilme sansim ne qederdi ? Eger bu bal kifayet etmirse men burda magistr oxuyub magistr orta bali ile erasmusa xaricde magistr ucun muraciet ede bilerem ?

    • Türkiyə yazılsa da ora indiyə qədər erasmusla gedən birini tanımıram yəqin ki, bizdən türkiyəyə yox avropa ölkələrindən ora getmək mümkündür. Erasmusun rəsmi saytından partnership bölməsindən baxa bilərsiz. Yazıda keçid vermişəm 🙂

  4. Salam. Mən Gəncə Dövlət Universitetində oxuyuram 4 cü kursa keçdim magistr hazırlaşacam mən pramoy Eramusnan verə bilərəm? Yocsa Gəncə Dövlətin magistrına girib getməliyəm?

    • Salam. Təəssüf ki, erasmusun Gəncə Dövlət Universiteti ilə əməkdaşlığı yoxdur. Birbaşa müraciət etsəniz şansınız azdır siz ən yaxşısı erasmusun əməkdaşlığı olan bir universitetə magistra qəbul olub elə müraciət edin.

      • Baqiwdiyin birde bunu bilmek isdiyerdimki, men 4 cu kursda muraciet etsem ve qazansam magistr pillesini onda men esgerliye getmeliyem burda yoxsa dovlet icaze verir oxumaqa? Vede esgerlikden sonra qazandiqim tehsili ala bilerem? Yeni 1 il sonradigər dillər

      • Əsgərliyə gedib gəlib erasmusa getmək kimi bir şansınız yoxdu təqaüd verildiyi il üçün keçərli olur. Yalnız erasmusdan sonra əsgərliyə gedə bilərsiniz ki bunun üçün də möhlət almalısınız.

  5. Salam, Nərmin xanım, təşəkkürlər ətraflı məlumat üçün, bəs master üçün müraciət edəndə mütləq burda magistraturaya qabul olub, sonra erasmusa müraciət etmək lazımdır?

  6. Salam Aleykum. Men ingilis dili üzre heç bir sertifikatim yoxdur eynile sizin kimi. Bes hansi universitetlerin sertifikat teleb etmediyin deye bilersizin mi? Bu universitetlere Türkiye universitetleri daxildir mi?

  7. Salam Men Diller universitetinde oxuyuram ve 1 ci kursu bu il bitirdim . Siz orda yazmisizki 1 ci kurslara transkript verilmir .amma men SABAH qruplari ucun wexsi transkiriptimi yrni qiymet cedvelimi almisam hemen transkiriptle ERASMUSA muraciet ede bileremmi?

  8. Salam. Erasmus proqrami haqqinda taniwligim bugun tesadufi bir wekilde olub. Internetde mueyyen arasdirmalar apararaq kifayet qeder melumat elde etdim ve sizin postunuzdanda yararlandjm. Sadece bir sualim men Baki Slavyan universitetinde ikinci kirsdayam. Baki slavyan ile emekdawligi oldugunu bilirem. Sadece bilmek istiyiremki men indi senedlerimi hazirliyim qebul vere bilerem? Ikinci semestr ucun? Yoxsa vaxti kecib.

  9. Salam Nermin xanim erasmus haqqinda yeni oyrenmisem , BDU nu bitirmisem amma imtahan cavablarinin neticesi ele de yaxsi deyil umumi qiymet gostericilerinin secilmek sansina ne derecede tesiri var ? bu arada sosial sebeke uzerinden sizi tapib erasmus haqqinda genis melumat almaq isterdim .

    • Erasmus yalniz telebeler ucundur. Eger universiteti bitirmisinizse Erasmusa qebul olmaq cetindir. Gelecekde yeniden universitet oxumaq isteyirsinizse ve bu muddetde erasmusa muraciet etmek isteyirsinizse ortalama bal yuksek derecede tesir edir, Esasen telebleri 71+ ortalama bal olur 81-den coxdursa ortalama qebul sansi artir. Ancaq yene de nezere almaq lazimdir ki, yalniz ortalama bala baxmirlar. Eger dil bilikleriniz yuksekdirse e interview-da ozunuzu gozel ifade ede bilseniz sizin sansiniz yuksek olacaq. Erasmusa qebul ele bir seydir ki, mehdud yer olur ve o yer uzerinde her kes mubarize aparir. Esas odur ki, digerlerinden yaxsi menada ferqlenesiniz ve irelide olasiniz.

  10. Salam) Men halhazirda BDUda aftiq 2. Kurs sayiliram. Insallah alinsa 3. Ve ya 4. Kursa erasmus+’dan yararlanmaq isteyirem. Haqqinda arasdirdim amma aydin olmayan 1- 2 terefi oldu. Bilmirsiz, proqramda olan universitetlerde tehsil ingilis dilinde olacaq ya yox?(meselen:Italiya)(cunki melum her universitet oz dilinde kecir. Amma erasmusla gedenler demek olarki cox hissesi sadece ingilis dilini bilerek ve o dilde tehsil almaq ucun gedir) bu haqda ne deye bilersiz? Duzu biraz basimi qarisdirdi.Birdeki orda qaliş yerimizi ozumuzmu mueyyenlesdiririk(odemeler) , yoxsa onlar bize yer ayirirlarmi(meselen yataqxanalar) ? Cavablandirsaz sevinerem:)

    • Salam Leyla. Esasen 90% ingilis dilinde olur. Sen muraciet edende bununla maraqlana bilersen ancaq ekser hallar Ingilis dili olur. Yataqxana meselesine geldikde ise hemin universitetin iscileri sizi yonlendirecek. Men exchange student kimi gedende ozleri meselehet vermisdiler ki, hansi secimler ede bilerem. ancaq yene de isteseniz ozunuze wexsi ev de kirayeleye bilersiniz.

  11. Salam.mən 3kursa keçmişəm və Bduda təhsil alıram.(Bakalavr).Sentyabr Oktyabrda müraciət etsəm fevraldan xaricdə təhsilimə davam edə bilmərəm?birdə İngiltərə universitetləri daxildir?mən sosial iş ixtisası üzrə təhsil alıram.ancaq ixtisasım üzrə yoxsa ixtisasıma yaxın olanlarda da oxuya bilərəm?əvvəlcədən təşəkkürlər

    • Salam Esref. Bu haqda deqiq melumat vermek cetindir. Men Iqtisad Universitetinde tehsil aliram ve exchange student kimi 3-cu kursu Fransada oxudum. Diqqet etmek lazimdir ki, ureyin isteyen Universiteti sece bilmersen. Gerek hemin universitetin senin universitetin ile bu sahede emekdasligi olsun ve hemcinin senin necenci kursda oxudugun, xarici dil biliklerin ve universitetdeki bal ortalamanin buna boyuk tesiri var. Bunlar umumi melumatdir. Deqiq melumat almaq ucun gerek universitetinizin Xarici Isler Departamentine muraciet edesen ki, exchange proqrami ile xaricde tehsil almaq isteyirsen. Bu haqda deqiq melumati yalniz onlar deye bilerler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma